İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 81 nəfər ölüb.

Unikal.org xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari bildirib.

Onun sözlərinə görə, beləliklə İranda koronavirusdan ölənlərin sayı 60 512 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 8 367 nəfər koronavirusa yoluxub. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 1 673 470 nəfərə yüksəlib.