Somalinin paytaxtı Moqadişoda partlayıcı maddə ilə yüklənmiş avtomobilin partlaması nəticəsində az 20 nəfər ölüb, 40 nəfər yaralanıb.

Unikal.org “Garowe Online” nəşrinə istinadən xəbər verir ki, partlayış şəhərdəki məşhur  restoranın yaxınlığında baş verib.

Ölkədə mövcud olan silahlı qruplaşmaların heç biri partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.