Afrika ölkəsi olan Nigeriyada kəndə silahlı hücum edilib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ölkənin Sokoto əyalətində ba. verib. Belə ki, naməlum silahlı qruplaşma əyalətin Tara kəndinə hücum edib.

Hücum zamanı qarşısına çıxan şəxsləri öldürən terrorçular 14 nəfərin həyatına son qoyublar. Hazırda hadisənin detallarının araşdırıldığı bildirilib.