Rusiyada daha 11 022 nəfər COVID-19-a yoluxub.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, bununla da Rusiyada koronavirusa yoluxanların ümumi sayı 4 312 181 nəfərə çatıb.

Ölkədə COVID-19-dan ölənlərin ümumi sayı isə daha 441 nəfər artıb və 88 726 nəfərə yüksəlib.