Avropaya getmək istəyən 35 qaçqın Bolqarıstan tərəfindən qovulub.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, Kırklareli şəhərində sərhədyanı ərazidə saxlanılan 35 qaçqın Bolqarıstan sərhədçiləri tərəfindən döyüldüklərini, qiymətli əşyalarının əllərindən alındığını və Türkiyə sərhədlərinə doğru qovulduqlarını bildiriblər.

Əfqanıstan, Pakistan, Fələstin və digər ölkələrdən olan qaçqınlar tibbi yardım göstərildikdən sonra miqrasiya idarəsinə gətiriliblər. Onlarla bağlı hüquqi prosedurlara başlanıldığı qeyd olunub.