Krımtatar milli hərəkatının lideri, Ukrayna parlamentinin sabiq deputatı Mustafa Əbdülcəmil Krımoğlunun Krıma giriş qadağası daha 15 il uzadılıb.

Unikal.org Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Krımoğlunun vəkili Nikolay Polozov məlumat verib. Bildirilib ki, M.Ə.Krımoğlu 2034-cü ilədək Krım yarımadası ərazilərinə daxil ola bilməyəcək.

Qeyd edək ki, 2014-cü ildə Rusiya tərəfindən ilhaq edilmiş Ukrayna ərazisi olan Krım yarımadasında muxtar respublika və xüsusi statuslu şəhər mövcud olub. Həmin ildən krımtatar hərəkatının liderinin yarımadaya girişi yasaqlanıb.