Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Mavi Vatan" hərbi təlimlərinə onlayn formada qatılıb.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, Ərdoğan Türkiyənin hərbi sənayedəki uğurlarına toxunub.

"Türkiyə bu gün pilotsuz uçuş aparatları sahəsində dünyanın ən yaxşı 3-4 ölkəsindən biridir. Tərsanələrimizdə 3 milyard dolları aşan 130-dan çox dəniz platformaları istehsal etmişik. Hazırda öz gəmisini istehsal edə bilən 10 ölkədən biriyik", - deyə Türkiyə prezidenti bəyan edib.

Ərdoğan həmçinin Qarabağdan danışıb.

“Şükürlər ki, Qarabağın işğaldan azad edilməsi də başda olmaqla, bütün təşəbbüsləri uğurla sonlandırdıq”, - deyə Ərdoğan əlavə edib.