Yeni Zelandiyada 6,2 bal gücündə zəlzələ baş verib.

Unikal.org xəbər verir ki, yeraltı təkanlar Kermadek arxipelaqı sahillərində, Sakit Okeanda qeydə alınıb.

10 km dərinlikdə baş verən zəlzələ ilə əlaqədar sunami xəbərdarlığı edilməyib.

Dağıntı və itkilər barədə hələlik məlumat verilməyib.