Lənkəran şəhərinin Şilim kəndində ümumi sahəsi 140 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin 1 otağının, mətbəxinin, aynabəndinin yanar konstruksiyaları və dam örtüyü 80 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.