Sabaha gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Departamentindən Unikal.org-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi səhər güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6 dərəcə isti, gündüz 8-10 dərəcə isti, Bakıda gecə 4-6 dərəcə isti, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 760 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.
Martın 7-də Abşeron yarımadasında güclü xəzri küləyinin əsməsi və atmosfer təzyiqinin xeyli tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.
Martın 7-də Azərbaycanın rayonlarında şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturu gecə 2-6 dərəcə isti, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq
Sabah hava küləkli olacaq

12:28 2021-03-07
CƏMİYYƏT
Digər Xəbərlər
2021-03-07 09:00:14

2021-03-07 00:49:07

2021-03-07 00:17:19

2021-03-06 22:12:07

2021-03-06 21:21:32

2021-03-06 20:08:10

2021-03-06 19:22:42

2021-03-06 17:38:00

2021-03-06 16:42:57

2021-03-06 16:29:21

2021-03-06 16:26:28

2021-03-06 16:20:20

2021-03-06 16:08:35

2021-03-06 15:33:00

2021-03-06 15:11:03
