Suriya ərazisindən qaçaq yolla Türkiyə tərəfinə keçən bir qrup şəxs Şanlı Urfanın Akçakale rayonunda saxlanılıb.

Unikal.org xəbər verir ki, Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan dəstədə 8 nəfər olub. Axtarış zamanı onlardan birinin çantasında 4 kiloqram partlayıcı maddə aşkarlanıb. Həmin şəxsin PKK/YPG terror təşkilatlarına üzv olduğu və xüsusi terror tapşırığı ilə Türkiyə ərazisinə keçdiyi təsdiqlənib.

Saxlanılan digər yeddi nəfərin şəxsiyyəti araşdırılır.