Belarus və Rusiya birgə hərbi təlimlər keçirəcək.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, birgə hərbi təlimlərin martın 9-dan 20-dək Rusiyanın Polivno, martın 15-dən 20-dək isə Belarusun Osipoviskiy poliqonlarında keçirilməsi nəzərdə tutulur.

Rusiyada baş tutacaq birgə təlimdə 400-dən çox hərbçi və 100 hərbi texnika, o cümlədən iki Mi-24 və altı Mi-8AMTŞ helikopterləri iştirak edəcək. Belarus ərazisində keçirilən birgə hərbi təlimə də eyni sayda canlı qüvvə və hərbi texnika cəlb ediləcək.