Türkiyəli alimlər qaraqara ilə müəyyən edilən koronavirus testi hazırlayıblar.

Unikal.org xəbər verir ki,  ağız qaraqarası ilə müəyyən edilən testlərə xarici ölkələrdə böyük tələbat yaranıb.

Covid-19 üçün burundan alınan test əvəzinə, ağızda edilən qarqaradan istifadə ediləcək. Bununla da, insanların virusa yoluxub-yoluxmadığı müəyyənləşdiriləcək.

Aparılan təcrübələr göstərib ki, bu metodla edilən testlər əvvəlkilərlə müqayisədə 20 faiz daha etibarlıdır. Hazırda testin istifadəsi üçün cavab gözlənilir.