İngiltərə Premyer Liqasında 28-ci turun növbəti oyunu keçirilib.

Unikal.org xəbər verir ki, bu gün son çempion “Liverpul” komandası autsayder “Fulhem”i qəbul edib.

Gərgin mübarizə şəraitində keçən görüş qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu 45-ci dəqiqədə Mario Lemina vurub.

Cari mövsümdə 9-cu dəfə məğlub olan “Liverpul” hazırda 43 xalla turnir cədvəlində 7-ci, “Fulhem” isə 26 xalla 18-ci yerdə qərarlaşıb.