Uruqvayda “Atenasa” klubunun futbolçusu Franko Akosta vəfat edib.

Unikal.org xəbər verir ki, 25 yaşlı oyunçu ölkənin cənubundakı Pando çayını üzərək keçmək istəyib, lakin suda boğularaq ölüb.

Onun cəsədi iki gün davam edən axtarışlardan sonra aşkar olunub.

Qeyd edək ki, futbolçu karyerası ərzində “Vilyareal” və “Rasinq” Santander kimi komandaların ikinci heyətində çıxış edib.