Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsində Qətərlə səfər matçı Avstriyanın paytaxtı Vyanada keçirilməyəcək.

Unikal.org xəbər verir ki, koronavirus pandemiyasının səbəb olduğu səyahət məhdudiyyətlərinə görə görüşün yeri dəyişdirilib.

Qitə futbol qurumu qarşılaşmanın Macarıstanın Debretsen şəhərindəki "Nedyerdeyi" stadionunda oynanılmasına qərar verib.

Qeyd edək ki, martın 27-də gerçəkləşəcək Qətər - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 24:00-da başlayacaq.