"Instagram"a yeni funksiya əlavə olunacaq.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, tərtibatçılar "Live Audio Rooms" adlı funksiya üzərində çalışırlar.

Hazırlanan yeni funksiya canlı yayım çərçivəsində istifadəçilərə audiokonfrans keçirmək imkanını verəcək. "Live Audio Rooms" funksiyasının İnstaqramda nə zaman istifadəyə veriləcəyi barəsində məlumat verilməyib.