“6 siyasi partiyanın Yeni Azərbaycan Partiyasına qoşulması milli birliyimizin təntənəsidir”.

Unikal.org xəbər verir ki, bunu YAP-çı deputat Cavid Osmanov Milli Məclisdə çıxışı zamanı YAP-ın VII qurultayından danışarkən deyib. 

O qeyd edib ki, milli birliyimizi qoruyub saxlamalı, daha da inkişaf etdirməliyik: “Biz 44 günlük Vətən müharibəsində xalqımızın birliyini gördük. Antimilli şura xəyanət siyasətini davam etdirir. 

Bütün hallarda milli birlik naminə danışıqlarımızı davam etdirməliyik”.