İşğaldan azad olunmuş Zəngilan rayonu ərazisində Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər, Fövqəladə Hallar Nazirlikləri, Dövlət Sərhəd Xidməti və ANAMA-nın əməkdaşlarının iştirakı ilə 1000-dən çox ağac əkilib.

Unikal.org xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov deyib.

O qeyd edib ki, yel çərşənbəsi günündə Zəngilan rayonunun meşə fondu torpaqlarının açıq və seyrək ərazilərində karantin qaydalarına əməl olunmaqla yerli şəraitə uyğun ağaclar əkilib: "Yaz əkin planına uyğun olaraq ölkə üzrə 200 hektar meşə fondu torpağında meşəbərpa işləri aparılacaq, hər bölgənin iqlim şəraitinə uyğun meşəcinsli ağaclar əkiləcək, toxumlar səpiləcək".