Şəki rayonunun məktəblərindən biri koronavirus infeksiyasına görə distant təhsilə keçib.

Unikal.org xəbər verir ki, rayonunun Baş Zəyzid kənd tam orta məktəbinin direktoru və təlim-tərbiyə işləri üzrə müavində COVID-19 virusu aşkarlanıb.

Bu səbəbdən martın 9-dan məktəbdə tədris 14 gün müddətinə distant təhsilə keçirilib.