Gəncədə daha bir orta məktəb koronavirusa görə bağlanıb.

Unikal.org xəbər verir ki, 26 nömrəli məktəb lisey kompleksində çalışan 2 müəllim və bir şagirdin COVİD-19 infeksiyasına yoluxmaları təsdiq olunub. Bu gündən etibarən məktəbdə dərslərin 14 gün ərzində distant formada keçirilməsi qərara alınıb.