“Baş nazirin müavinlərindən ibarət üçtərəfli işçi qrupunun fəaliyyəti çərçivəsində həm Bakının, həm də İrəvanın konstruktiv münasibətini görürük”.

Unikal.org xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib.

“Əsas vəzifə regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsinə dair ən yüksək səviyyədə əldə edilmiş razılaşmaları həyata keçirməkdir”, - o əlavə edib.

Xatırladaq ki, yanvarın 30-da Moskvada Azərbaycan, Rusiya və Ermənistan baş nazir müavinlərinin ilk üçtərəfli görüşü baş tutub. Qarabağ üzrə işçi qrupunun üzvləri daşınmalar və onların təhlükəsizliyinin təmin edilməsi, eləcə də digər nəzarət üzrə ekspert alt qrupları yaratmaq barədə qərar qəbul ediblər.