Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Unikal.org xəbər verir ki, iclasda əfvlə bağlı 100-dən çox müraciətə baxılıb.

Bununla da komissiyada baxılan müraciətlərin sayı 950-ni ötüb.

***

08:57

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.

Unikal.org xəbər verir ki, komissiyanın iclası videoformatda qruplar halında keçirilir.

İclasda komissiyaya daxil olan yeni müraciətlərə baxılacaq.

Qeyd edək ki, komissiya indiyə qədər 850-dən artıq müraciətə baxıb.