Ötən gün Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 9 221 nəfər vaksinasiya olunub.

Unikal.org xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd olunub ki, hazırkı dövrədək ölkədə koronavirus infeksiyasına qarşı 450 316 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya bütün rayonlarında uğurla davam etdirilir.