Azərbaycan Prezidentinin tapşırığına əsasən, bir qrup yerli media orqanı və QHT-lərin rəhbərləri, blogerlər və ictimai fəallar işğaldan azad olunan Ağdam rayonunda səfərdədirlər.

Unikal.org xəbər verir ki, hazırda Ağdam şəhərində olan nümayəndə heyəti Ağdam Dram Teatrının yerləşdiyi əraziyə baş çəkiblər, teatrın erməni vandalları tərəfindən dağıdılan binasının qalıqlarına baxıblar.

Media orqanı və QHT-lərin rəhbərləri, blogerlər və ictimai fəallar daha sonra Ağdam Cümə məscidini ziyarət ediblər və dualar oxuyublar.

***

15:05

Azərbaycan Prezidentinin tapşırığına əsasən bir qrup yerli media orqanı və QHT-lərin rəhbərləri, blogerlər və ictimai fəallar işğaldan azad olunan Ağdam şəhərində səfərdədirlər.

Unikal.org xəbər verir ki, onlar Ağdam şəhərində Ermənistanın törətdiyi müharibə cinayətlərinin nəticələri ilə tanış olurlar.

Media və QHT rəhbərləri Ağdam xanlarının abidələr kompleksi və İmarət qəbiristanlığını ziyarət ediblər.

***

14:40

Azərbaycanın bir qrup media orqanının və QHT-lərinin rəhbərləri, blogerlər və ictimai fəallar işğaldan azad olunmuş Ağdam rayonunda səfərdədir.

Unikal.org xəbər verir ki, onlar işğal zamanı erməni vandallarının dağıtdıqları Uzundərə II Şəhidlər xiyabanını ziyarət ediblər.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev səfərdə iştirak edir.

***

13:40

Azərbaycanın bir qrup media orqanının və QHT-lərinin rəhbərləri, blogerlər, ictimai fəallar işğaldan azad olunmuş Ağdam rayonunda səfərdədir.

Unikal.org xəbər verir ki, onlar Ağdamda Minatəmizləmə Agentliyinin əməkdaşlarının minatəmizləmə əməliyyatları ilə tanış olublar.
 

***

09:40

Jurnalistlərin və deputatların Ağdama səfəri başlayıb.

Unikal.org xəbər verir ki, səfərdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də iştirak edir.

Səfər çərçivəsində Ağdamın işğaldan azad edilmiş ərazilərində dağıdılmış abidələrlə tanışlıq olacaq.