Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Azərbaycan Respublikasında miqrasiya sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Unikal.org-un məlumatına görə, təltif edilənlər arasında Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini Vəli Nağıyev də var. Sərəncama əsasən, o, 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Vəli Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyevin qardaşıdır.