“Ombudsmana müraciətlərin sayı həddindən artıq çoxdur. Ayrı-ayrı məmurlar vəzifə səlahiyyətlərini yerinə yetirmədiyinə görə onlar bu quruma müraciət etmək qərarına gəlirlər”.

Unikal.org-un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) illik məruzəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.

O bildirib ki, əlilliyin təyin olunması müəyyən problemlərin ortaya çıxmasına rəvac verib:

“Yerlərdən xeyli narazılıqlar var. Bu narazılıqlar aradan qaldırılmalıdır”.