Xəzər rayonu Binə qəsəbəsində özünü “Azəriqaz” İB əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs barəsində araşdırma aparılıb.

Unikal.org xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin (İB) baş direktoru Ruslan Əliyev məlumat verib.

O bildirib ki, araşdırma zamanı həmin şəxsin fotosu müəyyən olunub:

“Həmin şəxsin görüntüləri də sosial şəbəkə üzərindən paylaşıldı. Bununla yanaşı, məsələ ilə bağlı Daxili İşlər Nazirliyi tərəfindən də araşdırma aparıldığı bildirilib. Bu məsələyə dərhal reaksiya verdiyi üçün DİN rəhbərliyinə də təşəkkür edirik”.