Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

Unikal.org  xəbər verir ki, qanlı insident Biləcəri qəsəbəsində baş verib.

1987-ci il təvəllüdlü Zülfüqarov Elməddin Həsən oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə sərnişin apararkən onlar arasında yolda mübahisə düşüb. Sərnişin sürücüyə bir neçə bıçaq zərbəsi vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.