Azərbaycana COVAX platforması çərçivəsində koronavirusa qarşı vaksinlərin ilk partiyası gətirilib.

Unikal.org xəbər verir ki, vaksinləri daşıyan təyyarə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edib.

Məlumata görə, ölkəmizə ilk mərhələdə Cənubi Koreyadan 84 000 doza “Vaxzevria” (əvvəlki adı “AstraZeneca” - red) vaksini çatdırılıb. Ümumilikdə isə may ayının sonuna qədər Azərbaycana 432 000 doza vaksinin idxalı planlaşdırılır.