Ukraynanın “5-ci kanalı” televiziyasının əməkdaşı Yevgeniya Kitayeva Azərbaycanda ezamiyyətdə olarkən, onun koronavirusa yoluxduğu müəyyən edilib.

Unikal.org xəbər verir ki, ukraynalı jurnalist Bakıda yeni xəstəxanalardan birinə yerləşdirilib. O, iki həftəyə yaxın müalicə alaraq sağalıb.

Müalicə prosesi ilə bağlı təəssüratlarını bölüşən Yevgeniya azərbaycanlı həkimlərin xəstələrə yanaşmasına heyrətləndirini söyləyib.

"Azərbaycanda yüngül simptolu xəstələri də ləngimədən xəstəxanaya yerləşdirirlər, Ukraynada isə belə deyil. Onlara evdə müalicə tövsiyə edirlər", - deyə teleaparıcı bildirib.