Bakıda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib.

Belə ki, 1986-cı il təvəllüdlü Cavadova Failə Faiq qızı qayınatası ilə mübahisə edib. Mübahisə zamanı o bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi tərəfindən araşdırma aparılır.