Dövlət komitəsi Neftçala rayonunda yetkinlik yaşına çatmayana qarşı baş vermiş zorakılıq hadisəsi ilə bağlı araşdırma aparır.

Bunu Unikal.org-un sorğusuna cavab olaraq Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Məmmədov (Mərdanoğlu) bildirib:

"4 aprel 2021-ci il tarixdə sosial şəbəkələrdə Neftçala rayonunun 9-cu sinif şagirdinin zorakılığa məruz qaldığı barədə məlumat yayılıb. Hadisə ilə bağlı Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dərhal araşdırmalar aparılıb. Komitə tərəfindən Neftçala rayon İcra Hakimiyyətinə müraciət olunaraq ətraflı məlumat almaq və lazımı tədbirlər görülməsi istiqamətində işə başlanılıb. Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzinin nümayəndələri Neftçala rayon İcra Hakimiyyəti yanında Gender Zorakılığı və Uşaqlara qarşı zorakılıq üzrə yerli monitorinq qrupunun üzvləri ilə birlikdə yetkinlik yaşına çatmayanın ailəsi ilə görüşüb. Onların sosial-psixoloji vəziyyəti qiymətləndirilib. Hazırda digər qurumları ilə birlikdə əlaqəli iş aparılır. Yeniyetmənin vəziyyəti nəzərə alınaraq lazımi tədbirlər həyata keçiriləcək". 

Famil Fərhadoğlu