Müğənni Səidə Sultan sosial media hesabından etdiyi paylaşımla diqqət  çəkib. 

Unikal.org xəbər verir ki, ifaçı "Instagram"dan yeni fotosunu paylaşaraq,  həmkarı Röya haqqında  fikir bildirib:

"Eşitdim kimsə mənim əlimnən tutub səhnəyə gətirib? Amma hələdə aranızda qərara gələ bilməmisiniz hansınız məni səhnəyə gətirmisiz. Bir bayram məndən böyüksən də nə vaxt çatdırdın əlimdən də tutub səhnəyə gətirəsən? Ət tökən danışma, ay xala qızı. İndi neyləyək ki sən bacarıqlı oldun, biz isə öz xodumuza yavaş yavaş getdik. Çox şükür bu günümüzə. Hər aşiqin bir dövranı var. İndi otur sən izlə bizi".- deyə o, şərh edib. 

Qeyd edək ki, bir müddət öncə Xalq artisti Röya Ayxan Sədiənin əlindən tutub səhnəyə mən gətirmişəm deyə açıqlama vermişdi.

 Gülayə Mecid