Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Donbasdakı vəziyyəti dəyərləndirib.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, Peskov münaqişə zonasındakı vəziyyəti şərh edib.

"Əsas odur ki, təxribat planları olmasın. Yerdə qalanlar bəllidir. Rusiya prezidenti Vladimir Putinin Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Emmanuel Makronla bu barədə müzakirələr aparıb", - deyə Peskov bəyan edib.