Xəbər verdiyimiz kimi, ötən gün Xalq artisti Rəmiş (Rafiq Hüseynov) dünyasının dəyişib. Mərhumun ölüm səbəbi  koronavirusdan olduğu deyilsə də, həyat yoldaşı Güllü Hüseynova bunu təkzib edib. Güllü  Rəmişin ölümünə səbəb kimi həkimlərin səhlənkarlığını iddia edir.  

Ümumi olaraq,  xəstənin  ölümünə səbəb olan həkimlər məsuliyyətə cəlb olunur?   

Bununla bağlı Unikal.org-a hüquqşunas Aqil Layıc açıqlama verib.  Onun sözlərinə görə, xəstənin ölüm səbəbi həm texniki, həm də ekspertiza rəyinə əsaslanmalıdır:

“Həqiqətən səhlənkarlıq olubsa  və bunu təsdiq edən  kifayət qədər dəqiq məlumatlar varsa, bu zaman həkim  inzibati məsuliyyətə cəlb edilməlidir.  Ehtiyyatsızlıqdan insan ölümünə səbəb olan həkim barəsində  Cinayət Məcəlləsinin 124.1 maddəsinə  uyğun olaraq  iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Gülayə Mecid