Ermənistan baş nazirinin müşaviri general-mayor Arşak Karapetyan işdən çıxarılıb.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, Nikol Paşinyan bu barədə qərar imzalayıb.

Ermənistan silahlı qüvvələrinin baş qərargahının kəşfiyyat idarəsinin sabiq rəisi A.Karapetyan 2018-ci ildən Paşinyanın müşaviri idi.

Qərarın səbəbləri açıqlanmayıb.