Göygöl rayonunda yanğın olub.

Unikal.org Fövqəladdə Hallar nazirliyinin saytına istinadən xəbər verir ki, Toğanalı kəndində ümumi sahəsi 48 m² olan birmərtəbəli fəaliyyət göstərməyən kafenin çardağının yanar konstruksiyaları və tavanı 25 m² sahədə yanıb.

Yüksək temperaturdan 1 ədəd soyuducunun üzlüyü qarsalanıb. Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.