"Böyük Avrasiya əməkdaşlığı Avropa ölkələri üçün də açıqdır".

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, Rusiya XİN başçısı Sergey Lavrov bunu Pakistan mətbuatına müsahibəsi zamanı söyləyib.

Lavrov qeyd edib ki, Böyük Avrasiya əməkdaşlığı modeli ilə bağlı təşəbbüslərin gerçəkləşməsi ümumqitə məkanında və dünyada sabitliyə və inkişafa təkan verə bilər.

"Bu əməkdaşlıq modeli ASEAN, Avrasiya İttifaqı, həmçinin Avropa Birliyinə üzv olan ölkələr üçün də açıqdır", - deyə rusiyalı nazir bəyan edib.