Ermənistan ordusunun baş qərargah rəisi Artak Davtyan baş nazir Nikol Paşinyanın dünən işdən çıxarılan müşavirinə vəzifə verməyə hazırlaşır.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə "Armlur" yazıb.

Belə ki, A.Davtyan dünən vəzifəsindən azad edilmiş baş nazir müşaviri Arşak Karapetyanı baş qərargah rəisi müavini təyin etmək istəyir.