Bakıda sərnişin avtomobilin qabaq yan şüşəsindən çıxaraq video-çəkiliş edib.

Unikal.org Xəzər TV-yə istinadən xəbər verir ki, belə bir görüntünü paytaxtın Nobel prospektində sürücülərdən biri çəkərək sosial şəbəkələrdə paylaşıb.

''90-SC-014'' dövlət nömrə nişanlı avtomobildə olan sərnişin heç bir təhlükəsizlik qaydalarına əməl etmədən yan şüşədən çıxaraq çəkiliş edib.

Hətta sürücü saatda 70-80 km/sürətlə sərt döngəyə daxil olub və bu zaman da həmin sərnişin öz işini davam etdirib. Bu hərəkətlər isə sərnişinin həyatı üçün olduqca təhlükəlidir.

Görüntülər sosial şəbəkələrdə paylaşıldıqdan sonra Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdşları dərhal məsələni nəzarətə götürüblər. Həmin avtomobilin sürücüsü və təhlükəli hərəkətlərə yol verən sərnişin Azər Abdullayev idarəyə dəvət edilib.

Azər Abdullayev ifadəsinə bildirib ki, bu təhlükəli hərəkəti törədərkən videoçarx hazırlamaq üçün çəkiliş edirmiş.