Aprelin 7-də Saatlı Rayon İcra Hakimiyyətinin konfrans zalında xüsusi karantin  rejimi  qaydalarına  riayət  olunmaqla  Rayon Ağsaqqallar Şurasının iclası keçirilib.

Unikal.org xəbər verir ki, tədbirdə Respublika Ağsaqqallar Şurasının sədrinin 1-ci müavini, Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov və  Saatlı rayon İcra Hakimiyyəti Başçısı Elmir Bağırov iştirak edib.

Tədbir Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Toplantıda Saatlı rayon İcra Hakimiyyəti Başçısı Elmir Bağırov tədbir iştirakçılarını salamlayıb. Bildirib ki, Azərbaycan Ağsaqqallar Şurası cəmiyyətimizin, xüsusilə də yeniyetmə və gənclərin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maariflənməsində üzərinə düşən öhdəlikləri yerinə yetirir.

Tədbirdə Respublika Ağsaqqallar Şurasının sədrinin 1-ci müavini, Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik  Əhliman Əmiraslanov çıxış edərək bildirib ki, ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edərək öz fəaliyyətini bir çox istiqamətlərdə quran Azərbaycan Ağsaqqallar Şurasında  təmsil olunan  respublika ağsaqqalları  ulu öndər Heydər Əliyevin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin hər zaman xalqın mənafeyinə xidmət edən daxili və xarici siyasətini dəstəkləyir, gənc nəslin milli adət-ənənələrə, azərbaycançılıq məfkurəsinə bağlılıq ruhunda tərbiyəsi işinə xüsusi diqqət yetirir, dinamik inkişaf edən ölkəmizin gələcəyi naminə öz qüvvə, bilik və bacarıqlarını əsirgəmirlər.

Ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatında rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyac olduğunu diqqətə çatdırıb. Akademik Əhliman Əmiraslanov həmçinin cənab Prezident İlham Əliyevin ölkənin ağsaqqal və ziyalılarını diqqətdə saxladığını, daim onlara qayğı göstərdiyindən danışmış, Onun Ulu Öndər Heydər Əliyevin qoyduğu bu ənənəyə böyük önəm verdiyini xüsusi vurğulamışdır. Tədbirdə  iştirakşıları Saatlı rayonu Ağsaqqallar Şurasının yeni seçilmiş sədri Sədafər Misir oğlu Hüseynovu, İdarə Heyyətinin və Təftiş Komissiyasının yeni üzvlərini təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb.