Pakistanın Karaçi şəhərində restoranda partlayış baş verib. 

Unikal.org xəbər verir ki, hadisə  nəticəsində  2-si uşaq olmaqla ən az 3 nəfər ölüb, 6 nəfər yaralanıb.

Belə ki, partlayış zamanı restoran və yaxınlıqdakı 2 dükana ziyan dəyib, restoranın qarşısında park edilmiş 3 avtomobil isə sıradan çıxıb. 

 Faktla bağlı araşdırma aparılır.