Hüquqları pozulan pasiyentlərin müraciət edə biləcəyi qurumların siyahısına TƏBİB də əlavə olunub.

Unikal.org xəbər verir ki, bu, Milli Məclisdə müzakirəyə çıxarılacaq “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, hüququ pozulan pasiyentər artıq Səhiyyə Nazirliyinə müraciət etməyəcək.

Belə ki, pasiyentin hüquqları pozulduqda, o, müalicə-profilaktika müəssisəsinin rəhbərliyinə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)- TƏBİB-ə və ya qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə biləcək.