Səbail Rayon İcra Hakimiyyətində (RİH) yeni təyinat olub.

Unikal.org-un məlumatına görə, RİH-nin başçısı Vüqar Zeynalovun əmri ilə, Nicat Quliyev Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin baş məsləhətçisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, o, Vətən Müharibəsində Füzuli, Cəbrayıl və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib.

Murad İbrahimli