Gəncədə evdə partlayış olub.

Unikal.org-un məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində yerləşən binaların birində qeydə alınıb.

Hadisə zamanı 34 yaşlı Cəmilə Musayeva yanıq xəsarətləri alıb. Qadın dərhal xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.