Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Arif İsmayılbəyli komaya düşüb. 

Unikal.org xəbər verir ki, bu barədə partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli məlumat paylaşıb. 

O bildirib ki, A. İsmayılbəyli koronavirusdan əziyyət çəkir: “Onun həyat yoldaşı Mərziyyə xanım COVİD-19-dan dünyasını dəyişib. Hazırda Arif bəy özü koronavirusla  mübarizə aparır, komadadır”.

Qeyd edək ki, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlıdır.