Bu gün Baş Prokurorluqda Baş Prokuror Kamran Əliyevin Vətən müharibəsində itkin düşən soydaşlarımızın ailə üzvləri ilə görüşü olub.

Baş Prokurorluğun mətbuat xidmətindən Unikal.org-a bildirilib ki, görüş zamanı itkin düşmüş hərbi qulluqçuların ailə üzvləri ilə söhbətlər aparılıb, onların şikayətləri dinlənilib.

Ailə üzvləri tərəfindən səsləndirilmiş şikayətlər qeydiyyata alınaraq hər biri Baş Prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.

Əsas və ağrılı problemlərimizdən biri olan itkinlərin axtarışı məsələsində mövcud problemlərin həlli ilə bağlı mümkün olan bütün imkanlardan istifadə ediləcəyi bildirilib.

***

12:23

Bu gün Vətən müharibəsində itkin düşmüş bir neçə hərbçinin valideyni Prezident Aparatının qarşısına toplaşıb. 

Unikal.org xəbər verir ki, valideynlər övladlarından 7 aydır xəbər ala bilmədiklərini qeyd ediblər.  

Hazırda baş prokuror Kamran Əliyev də valideynlərin toplaşdığı yerə gəlib. O, valideynləri dinləmək üçün qəbula aparacağını vurğulayıb.