Gəncə şəhərində intihar hadisəsi olub.

Unikal.org xəbər verir ki, hadisə şəhərin Fikrət Əmirov küçəsində baş verib. Gəncə sakini, 54 yaşlı Razim Qurbanov həmin küçədə yerləşən 5 mərtəbəli binaların birinin damından özünü atıb.

O, aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.