2021-ci ilin 7-9 aprel tarixlərində Avrasiya və MDB ölkələrinin onkoloq və radioloqlarının akademik N.N.Trapeznikovun xatirəsinə həsr olunmuş növbədənkənar qurultayı keçirilmişdir.

Unikal.org xəbər verir ki, ilk qurultayın 25 illiyinə həsr olunmuş tədbirin məqsədi əhaliyə göstərilən onkoloji yardımın daha da təkmilləşdirilməsi üçün elmin bu sahədəki yeni nailiyyətləri ilə daha çox sayda həkim-onkoloqların tanış olmasıdır. Qurultayda Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının direktoru, akademik Əhliman Əmiraslanov “Sümük və yumşaq toxuma şişləri” sessiyasına sədrlik etmişdir.

Sessiya zamanı Rusiya, Azərbaycan, Belarus,  Qazaxıstan, Tacikistan, Moldova və Qırğızıstanın  aparıcı həkim-onkoloq və mütəxəssislərinin sümük və yumşaq toxuma şişlərinin müalicəsi zamanı tətbiq olunan target terapiyası, endoprotezləşdirmə və digər rekonstruktiv üsul və əməliyyatlarla bağlı təqdimatlar olmuşdur.